`Qüds Fələstinin paytaxtı olacaq` - Mahmud Abbas


17:31     13 Dekabr 2017 8a15092c-ec76-48a9-b9a2-dbe04ffd6051.jpg

“ABŞ beynəlxalq hüququ saymır və biz buna etiraz etmək üçün buradayıq”.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Fələstin dövlətinin başçısı Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə zirvə toplantısında bildirib.

"Qüds Fələstinin patyaxtı olacaq. Qüds olmazsa nə sülhdən, nə də müzakirələrdən danışmaq mənasızdır. Qüds Fələstində olmasa, sabitlik də olmayacaq. Mən bütün müsəlmanları müqqəddəs yerləri qorumağa çağırıram. Livandakı ərəb torpaqlarının azad edilməsi bizim haqlı tələbimiz içərsində yer almaqdadır", - Mahmud Abbas vurğulayıb.

O qeyd edib ki, Fələstin dövlətinin paytaxtı olan Qüdsü müdafiə edəcəklər:

"Prezident Donald Trampın qərarı və təlimatı beynəlxalq hüquqa, xüsusi ilə BMT-nin qətnaməsinə ziddir. ABŞ sülh danışıqlarında vasitəçilk haqqını itirib. Biz ABŞ-ın vasitəçi olmasını qəbul etməyəcəyik. Sizlərin də bizim bu qərarı dəstəkləməyinizi istəyirik".

Femida.az

Açar sözlər:

Oxunub: 1172